Dənizlərdə səssiz “inqilab”: PUA gəmiləri
Türkiyə pilotsuz uçuş aparatları texnologiyasında böyük nailiyyətlər əldə edir. Nəhayət, Bayraktar TB3-ün TCG Anadolu gəmisində uğurlu eniş və havaya qalxması da dünyanın gündəmindədir. ABŞ-da yerləşən “Business Insider” jurnalı bu hadisələri araşdırıb. Jurnalın gündəmində İran və Çində də PUA-nın inkişafı yer alıb. Hər üç ölkə dünyanın ilk dron gəmilərini suya buraxıb. Mütəxəssislər bu inkişafı dənizdə baş verən səssiz “inqilab" kimi qiymətləndiriblər. Hətta bu addımın dəniz müharibəsinin gedişatını dəyişdirə biləcəyi də bildirilib.
ABŞ-da nəşr olunan “Business Insider” jurnalı sözügedən PUA gəmilərini və bu addımı atan üç ölkəni araşdırıb.
Təbii ki, PUA gəmiləri baxımından Türkiyənin liderliyi danılmazdr. 2023-cü ildə Dəniz Qüvvələrinə qatılan “TCG Anadolu” Bayraktar TB3 və Kızılelma ilə təchiz edilmiş dünyanın ilk PUA gəmisi oldu.
İran isə 2024-cü ilin fevralında konteyner gəmisini Şəhid Bəhmən Baqari adlı PUA daşıyıcısına çevirdiyini açıqladı. 170 metrlik uçuş göyərtəsi ilə diqqət çəkən gəmi bir çox fərqli PUA modelinə ev sahibliyi edir.
Və son addım Çindən gəldi. Dekabrın 27-də suya buraxılan “Sichuan” adlı PUA gəmisi 853 fut uzunluğu və 40.000 tondan çox çəkisi ilə dünyanın ən böyük amfibiya hücum gəmisi adını qazanıb. Onun göyərtəsində döyüş təyyarələrinin qalxıb-enişini təmin etmək üçün katapultlar və həbs sistemləri var.
Türkiyədə su səviyyəsinin artması ilə...
Yaponiyadakı Wanitsuka no Sakura ağacı...
Süni intellektdən istifadə edən filmlər...
Xəzər dənizi 2050-ci ilədək kritik...
Filippin sahillərində 6,2 bal gücündə...