ADAU-da “Əczaçılıq 2030: qlobal çağırışlar, müasir yanaşmalar” adlı elmi-praktiki seminar keçirilib
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Baytarlıq təbabəti fakültəsinin Əczaçılıq kafedrasının təşkilatçılığı ilə “Əczaçılıq 2030: qlobal çağırışlar, müasir yanaşmalar” adlı elmi-praktiki seminar keçirilib.
Fhnews.az xəbər verir ki, seminarda əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni və Türkiyə Cümhuriyyətinin İstiqlal Marşı səsləndirilib. Sonra torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə ADAU-nun rektoru Zəfər Qurbanov, Türkiyə Respublikasının Gəncə şəhərində Baş konsulu Recep Öztop, professor-müəllim heyəti, əczaçılıq şirkətlərinin nümayəndələri və tələbələr iştirak ediblər.
Seminarda “əczaçılıq” ixtisasında oxuyan Türkiyə Respublikası vətəndaşı olan tələbələr əczaçılığın müasir problemləri və gələcək inkişaf perspektivləri haqqında ətraflı məlumatlarla çıxışlar ediblər.
Sonda çıxış edən tələbələr sertifikatlarla təltif olunublar.
Qeyd edək ki, elmi-praktik seminar BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri (DİM) 3: Yaxşı səhiyyə və rifah bəndinə müvafiq olaraq keçirilib.
Özbəkistanda Azərbaycan təcrübəsi...
AMEA-da akademik Mikayıl Useynovun 120...
UNEC tələbəsinin komandası Beynəlxalq...
ADAU-da “Əczaçılıq 2030: qlobal...
Bakı İlahiyyat Kolleci dini-mənəvi...