23 aprel 2025, çərşənbə Bakı, 14°C
IMG-LOGO

Hindistanda turistlərə atəş açılıb: ölən və yaralananlar var

22-04-2025
IMG

Hindistanın Cammu və Kəşmir əyalətinin Pahalqam rayonunda bir qrup turistə atəş açılıb. İlkin məlumata görə, azı 1 nəfər ölüb, 4-ü ağır olmaqla 12 nəfər yaralanıb. Polis mənbəsinin “Reuters” xəbər agentliyinə verdiyi məlumata görə, beş turistin öldüyü və 8 nəfərin yaralandığı bildirilir. “India Today” xəbər saytının məlumatına görə, hücum bu gün yerli vaxtla saat 14:30 radələrində baş verib. Turistlərin dağlıq ərazidə gəzdiyi və onlara silahlı şəxslər tərəfindən atəş açıldığı bildirilib. Hücumdan sonra Pahalqam bölgəsində təhlükəsizlik tədbirləri gücləndirilib. Təhlükəsizlik qüvvələri hadisə yerində təhlükəsizlik perimetri yaradıb. Polis Baysaran vadisində silah səslərinin eşidildiyini bildirərkən, Hindistan mətbuatında çıxan xəbərlərdə sözügedən əraziyə yalnız piyada və ya atla çatmaq mümkün olduğu qeyd edilib. 

Bildirilib ki, üç silahlı hücumçu at sürənlər də daxil olmaqla turistlərə təsadüfən atəş açıb. Mətbuata əks olunan görüntülərdə yaralıların xəstəxanaya aparıldığı görülüb. Hücumu Leşker-i Tayyibə təşkilatından ayrılan "Müqavimət Cəbhəsi"  adlı qrup öz üzərinə götürüb.

Paylaş: