Milli Müdafiə Universiteti “Açıq qapı” günü keçirəcək
Buraxılış imtahanlarında yüksək nəticə göstərmiş abituriyentlər və onların valideynləri üçün aprelin 26-sə saat 11:00-da Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutunda xaricdə təhsillə bağlı “Açıq qapı” günü keçiriləcək.
Universitetdən bildirilib ki, tədbir çərçivəsində iştirakçılara xaricdə təhsil imkanları və qəbul prosesi barədə ətraflı məlumat veriləcək. Vətəndaşları maraqlandıran suallarla bağlı Milli Müdafiə Universitetinin “Çağrı mərkəzi” - *0811 (iş günlərində saat 09:00-dan 17:30-dək) və [email protected] elektron poçt ünvanı fəaliyyət göstərir.
Peşə-əmək Reabilitasiya Mərkəzində...
COVID-19-la mübarizədə iştirak edən tibb...
Sosial şəbəkədə saxta kredit elanı...
Azərbaycan Respublikasının Konstitusiya...
AQTA qida zəhərlənməsindən qorunmaq üçün...