Vəkilliyə qəbul üzrə şifahi müsahibə mərhələsinin nəticələri açıqlanıb
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyünə qəbul üzrə ixtisas imtahanının yazılı test mərhələsindən müvəffəqiyyətlə keçən vəkilliyə namizədlərin peşə yararlılığının yoxlanılması məqsədilə ixtisas imtahanının şifahi müsahibə mərhələləri keçirilib.
Bu barədə Vəkillər Kollegiyasının mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, şifahi müsahibə mərhələsində 114 vəkilliyə namizəd iştirak edib.
İmtahanların nəticələrinə görə, Vəkillərin İxtisas Komissiyasının peşə yararlılığına dair rəyini alan 104 vəkilliyə namizəd icbari təlimə buraxılıb.
Qeyd edək ki, vəkilliyə namizədlərin icbari təlimi aprelin 30-u saat 09:00-da Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında başlayacaq.
Şifahi müsahibə mərhələsini müvəffəqiyyətlə keçmiş vəkilliyə namizədlərin siyahısı ilə Kollegiyanın saytında tanış ola bilərsiniz.
Bərdə bazarında satışa çıxarılan süd...
DİN: Avtobus zolağına daxil olan...
“İstilik təchizatı haqqında” qanun...
Parlamentin Aqrar siyasət komitəsində...
Zəngilan və Cəbrayıl sakinlərinə kənd...