Son bir saatda İstanbulda səkkiz zəlzələ olub
İstanbulda son bir saat ərzində 8 zəlzələ baş verib. Daxili İşlər naziri Ali Yerlikaya bütün qrupların sahədə olduğunu, lakin indiyədək hansısa bir dağıntı xəbərinin daxil olmadığını bildirib.
Fhnews.az xəbər verir ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəsmi saytında yer alan məlumatlara görə, yerli vaxtla saat 12:19-da baş vermiş 3,9 bal gücündə ilk zəlzələdən sonra şəhərdə daha 7 yeraltı təkan qeydə alınıb.
Zəlzələlərin ən kiçiyi İstanbulun Böyükçekmece rayonunun sahillərində 3,4 bal, ən şiddətlisi isə Mərmərə dənizinin İstanbulun Silivri rayonu suları ərazisində 6,2 bal gücündə olub.
Qeyd edək ki, şəhərdə saat 12:19-da baş verən 3,9 bal gücündəki ilk zəlzələdən sonra 6.2, 4.4, 5.9, 4.8, 4.5, 4.9 və 3.4 gücündə yeraltı təkanlar qeydə alınıb.
İstanbulda baş verən zəlzələdən sonra...
İstanbulda baş verən zəlzələ zamanı 151...
Çexlər getdikcə daha çox əcnəbilərlə...
Çində alkoqolizmdən qurtulmaq üçün çip...
Almaniyaya əfqan mirantların qəbulu...