23 aprel 2025, çərşənbə Bakı, 17°C
IMG-LOGO

Papanın üzüyü niyə məhv edildi?

23-04-2025
IMG

Papanın səlahiyyət və vəzifəsini simvolizə edən papa möhürü olan Balıqçı üzüyü Papa Fransiskin ölümündən sonra məhv edilib.

13-cü əsrə aid olan və ən tanınan papa simvollarından biri olan Balıqçı üzüyünü  Papa Fransisk 12 illik səlahiyyət müddətində təntənəli tədbirlərdə taxıb,bu üzüyü saysız-hesabsız xristianlar öpüb.

Üzüyün məhv edilməsinə gəlincə, bu ona görə edilir ki, üzük ənənəvi olaraq məktubları mumla möhürləmək və pontifik sənədlərinə rəsmi möhür qoymaq üçün istifadə olunurdu. Bu səbəbdən onun məhv edilməsi saxtakarlığın qarşısının alınmasına zəmanət verir. Balıqçı üzüyü kimi də tanınan bu zinət əşyası hər bir Papaya xasdır və onu köçürmək və ya çoxaltmaq olmaz. Bu üzüklər Roma Zərgərlər Gildiyasının üzvü olan ustalar tərəfindən dizayn edilib və hazırlanıb.Üzük sındırıldıqdan sonra təsbehlə birlikdə mərhumun tabutuna qoyulub.

Paylaş: