Baş Dövlət Yol Polisi İdarəsi aqrar sektorda çalışan şəxslərə müraciət edib
Mövsümlə əlaqədar respublikanın əksər bölgələrində kənd təsərrüfatı fəaliyyətinin canlanması avtomobil yollarında bu sahəyə aid texnikanın və daşımaların sayında əhəmiyyətli dərəcədə artıma səbəb olub. Lakin təəssüflə qeyd edilməlidir ki, bəzən daşımaların texniki standartlara uyğun gəlməyən, xarici işıq cihazları nasaz, dövlət qeydiyyat nişanları yerində olmayan kənd təsərrüfatı texnikaları ilə həyata keçirilməsi, eləcə də əkin sahələrində çalışan adamların yük avtomobillərində və traktor qoşqularında daşınması, məhsulun qablaşdırılmadan çəki və ölçü parametrləri aşılmaqla aparılması kimi qayda pozuntularına yol verilir ki, bu da ağır yol-nəqliyyat hadisələrinin baş verməsinə real zəmin yaradır.
Fhnews.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin kənd təsərrüfatı sahəsində çalışan hüquqi və fiziki şəxslərə müraciətində bildirilir.
“Bu xüsusda qəzaların qarşısının alınması üçün aqrar sektorda çalışan, eləcə də bu sahədə yükdaşıma fəaliyyəti göstərən hüquqi və fiziki şəxslərə nasaz nəqliyyat vasitələrindən istifadə etməmək, qablaşdırmanı düzgün aparmaq, sürücülərin iş və istirahət rejimini nəzarətdə saxlamaq, sərxoş, yaxud yorğun, yuxusuz halda sükan arxasına əyləşmələrinin qarşısını almaq tövsiyə olunur”, - deyə müraciətdə qeyd edilir.
Bərdə bazarında satışa çıxarılan süd...
DİN: Avtobus zolağına daxil olan...
“İstilik təchizatı haqqında” qanun...
Parlamentin Aqrar siyasət komitəsində...
Zəngilan və Cəbrayıl sakinlərinə kənd...