Lyublyanada “Yeni qlobal geosiyasət və Qərbi Balkanlar” mövzusunda 32-ci Ali Səviyyəli Toplantı keçiriləcək
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) Qərbi Balkanların Dostları ilə əməkdaşlıq çərçivəsində aprelin 24-25-də Sloveniyanın paytaxtı Lyublyana şəhərində “Yeni qlobal geosiyasət və Qərbi Balkanlar” mövzusunda 32-ci Ali Səviyyəli Toplantı keçirəcək.
Beynəlxalq Mərkəzdən bildirilib ki, toplantının əsas məqsədi dünyada dəyişən geosiyasi reallıqlar fonunda Qərbi Balkanlar regionuna təsir edən amilləri dəyərləndirmək, mövcud çağırışlar və imkanlar barədə fikir mübadiləsi aparmaq, həmçinin regional sabitliyin qorunmasına töhfə verəcək yanaşmaları müzakirə etməkdir.
Tədbirdə Almaniya, Avropa İttifaqı və Fransa hökumətlərinin Qərbi Balkanlar üzrə xüsusi nümayəndələri, bir sıra sabiq dövlət və hökumət başçıları, nüfuzlu siyasətçilər, beynəlxalq təşkilatların nümayəndələri və ekspertlər, BMT Baş Assambleyasının 75-ci sessiyasının prezidenti və Türkiyənin Avropa işləri üzrə sabiq naziri Volkan Bozkır, Gürcüstanın sabiq Prezidenti Nino Burjanadze, Çex Respublikasının sabiq Baş naziri Yan Fişer, Bosniya və Herseqovinanın sabiq Prezidenti Mladen Ivaniç, BMT Baş Assambleyasının 67-ci sessiyasının prezidenti və Serbiyanın sabiq xarici işlər naziri Vuk Yeremiç, Xorvatiyanın sabiq Baş naziri Yadranka Kosor, Bosniya və Herseqovinanın sabiq Baş naziri və xarici işlər naziri Zlatko Laqumciya, Monteneqronun sabiq Baş naziri Iqor Luksiç, Bolqarıstanın sabiq Prezidenti Rozen Plevneliev, Serbiyanın sabiq Prezidenti Boris Tadiç, Monteneqronun sabiq Prezidenti Filip Vuyanoviç, Sloveniya Respublikasının sabiq Prezidenti və Baş naziri Borut Pahor iştirak edəcəklər. Bu isə beynəlxalq tərəfdaşların regionun sabitliyi və Avrointeqrasiya proseslərinə verdiyi strateji əhəmiyyəti bir daha önə çəkir.
Konfrans çərçivəsində dünyada baş verən geosiyasi dəyişikliklərin Qərbi Balkanlar regionuna təsiri, regional sabitlik və təhlükəsizlik çağırışları, eləcə də beynəlxalq tərəfdaşların – ABŞ, Avropa İttifaqı, Rusiya, Çin və Türkiyənin regiondakı maraqları və rolu ətrafında strateji müzakirələr aparılacaq.
Sahibə Qafarova TBMM sədri Numan...
YAP nümayəndə heyəti Çin Xalq...
Baş nazir Əli Əsədov ilə Türkiyənin...
İcma: Ermənistan həqiqətin ortaya...
Lyublyanada “Yeni qlobal geosiyasət və...