23 aprel 2025, çərşənbə Bakı, 17°C
IMG-LOGO

İstanbul Valiliyi zəlzələ ilə bağlı açıqlama verib

23-04-2025
IMG

İstanbulda baş verən zəlzələ ilə bağlı şəhər valiliyi açıqlama verib.

Fhnews.az xəbər verir ki, İstanbul Valiliyi açıqlamasında ölkənin bütün qurumlarının yüksək hazırlıq vəziyyətinə gətirildiyini bildirib. Qeyd olunub ki, hazırda heç bir dağıntı xəbəri daxil olmayıb və aidiyyəti qurumlar ərazi üzrə araşdırmaları davam etdirir.

Məlumatda vətəndaşlara zədə ala biləcək binalara yaxınlaşmamaları, ziyan görmüş və ya ziyan gördüyü ehtimal edilən tikililərə daxil olmamaları, məcbur olmadıqca avtomobillərlə yola çıxmamaları, GSM xətlərindən yalnız zəruri hallarda istifadə etmələri ilə bağlı xəbərdarlıq edilib.

Paylaş: