23 aprel 2025, çərşənbə Bakı, 16°C
IMG-LOGO

Azərbaycan paralimpiyaçısı növbəti reytinq xallarını qazanıb

23-04-2025
IMG

Beynəlxalq Xizək və Snoubord Federasiyası (FIS) paradağ xizəyi idman növündə yenilənmiş reytinq cədvəlini açıqlayıb.

Milli Paralimpiya Komitəsindən bildirilib ki, aktivində 725.55 xal olan Azərbaycan paralimpiyaçısı Polad Rzayev daha 131.46 xal qazanaraq reytinq xallarını 594.09-a çatdırıb.

Qeyd edək ki, P.Rzayev son olaraq iştirak etdiyi Fransanın Auron şəhərində keçirilmiş FIS Paradağ xizəyi turnirinin həlledici mərhələsini 7-ci pillədə bitirib.

Paylaş: