Almaniyaya əfqan mirantların qəbulu hökumət dəyişikliyinə qədər dayandırılıb
Almaniya əvvəlcədən qəbul zəmanəti verilmiş Əfqanıstan vətəndaşlarının ölkəyə gətirilməsini hökumət dəyişikliyinə qədər dayandırıb.
Fhnews.az “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, hazırkı hökumət Almaniyaya qəbul zəmanəti verilən 2600 nəfər Əfqanıstan vətəndaşının ölkəyə gətirilib-gətirilməməsi barədə qərarın yeni hökumət tərəfindən veriləcəyini açıqlayıb. Almaniyaya gətirilməsi nəzərdə tutulan əfqan miqrantlara Taliban tərəfindən təhdid edilən insan hüquqları fəalları və mədəniyyət işçiləri də daxildir. Hazırda Pakistanda qalan və qəbul zəmanətləri olan həmin şəxslər Almaniyaya gətirilmələrini gözləyirlər.
Xristian Demokratlar İttifaqı (CDU), Xristian Sosialistlər İttifaqı (CSU) və Sosial Demokratlar Partiyası (SPD) arasında razılaşdırılan koalisiya müqaviləsində könüllü qəbul proqramlarının mümkün qədər dayandırılacağı və yeni proqramların başlanmayacağı qeyd olunub. SPD jurnalistlər və ya Taliban rejiminin tənqidçiləri kimi təhdid altında olan insanlara verilən qəbul zəmanətlərinin yerinə yetirilməsini vacib hesab edir. Yeni hökumətin Daxili İşlər Nazirliyi isə bu zəmanətləri diqqətlə yoxladıqdan sonra onların geri götürülüb-götürülməyəcəyi barədə qərar verəcək.
Bundestaqda Kansler seçkisi mayın 6-da keçiriləcək. Buna qədər isə koalisiya müqaviləsi partiyalar tərəfindən təsdiqlənməliidr. CSU-nun idarə heyəti aprelin 10-da müqaviləni təsdiqləyib. CDU aprelin 28-də partiya konqresində, SPD isə aprelin 29-dək müqaviləni səsverməyə çıxaracaq.
Almaniyaya müxtəlif qəbul proqramları vasitəsilə indiyədək 36,3 min nəfər Əfqanıstan vətəndaşı gətirilib. Əfqanıstan üzrə qəbul proqramı çərçivəsində Almaniyaya gətirilən şəxslər üçün ümumilikdə 150 milyon avrodan çox vəsait xərclənib.
İstanbulda baş verən zəlzələdən sonra...
İstanbulda baş verən zəlzələ zamanı 151...
Çexlər getdikcə daha çox əcnəbilərlə...
Çində alkoqolizmdən qurtulmaq üçün çip...
Almaniyaya əfqan mirantların qəbulu...