ABŞ-da meşə yanğınları: 3 mindən çox insan təxliyə edilib
ABŞ-ın Nyu-Cersi ştatında meşə yanğınları səbəbindən 3 mindən çox insan təxliyə edilib.
Fhnews.az xəbər verir ki, yerli hakimiyyət orqanlarının məlumatına görə, hazırda alovun sürətlə yayılması səbəbindən 1300-dən çox bina təhlükə altındadır. Meşə yanğını aprelin 22-də ştatın inzibati mərkəzi Trenton şəhərinin cənub-şərqində başlayıb və gün ərzində 34 kvadratkilometrdən çox əraziyə yayılıb. Yanğın nəqliyyatın işində xaosa səbəb olub, 25 mindən çox evin elektrik enerjisi kəsilib.
Xatırladaq ki, ötən ilin noyabrında yanğın Nyu-Cersi və Nyu-York ştatlarında böyük meşəlik əraziləri məhv edib.
İstanbulda baş verən zəlzələ zamanı 151...
Çexlər getdikcə daha çox əcnəbilərlə...
Çində alkoqolizmdən qurtulmaq üçün çip...
Almaniyaya əfqan mirantların qəbulu...
Son bir saatda İstanbulda səkkiz zəlzələ...