23 aprel 2025, çərşənbə Bakı, 17°C
IMG-LOGO

TƏBİB: Cari ilin ilk rübündə 20 milyondan çox tibbi xidmət göstərilib

23-04-2025
IMG

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində 2025-ci ilin ilk rübü (yanvar-mart) ərzində, ümumilikdə, 5 milyon 753 min 877 müraciət qeydə alınıb. Bunlardan 125 min 461-i stasionar, 5 milyon 628 min 416-sı ambulator olub.

TƏBİB-in mətbuat xidmətindən bildirilib ki, yanvar-mart aylarında göstərilən xidmət sayında ötən illərin eyni dövrü ilə müqayisədə artım müşahidə olunub. Belə ki, sözügedən müddət ərzində 20 milyon 119 min 326 (2 milyon 814 min 424 stasionar, 17 milyon 304 min 902 ambulator olmaqla) tibbi xidmət göstərilib. Tibb müəssisələrində göstərilən tibbi xidmətlərin ümumi sayı 2024-cü illə müqayisədə isə 7 faiz artıb.

Tibb müəssisələri üzrə vətəndaşlara göstərilən laborator xidmətlərdə də artım qeydə alınıb. İlk rübdə 8 milyon 463 min 233 sayda laborator müayinələr aparılıb ki, onların da 1 milyon 347 min 413-u stasionar, 7 milyon 115 min 820-si ambulator olub. Beləliklə, tibb müəssisələrində göstərilən laborator xidmətlərin ümumi sayında 2024-cü illə müqayisədə 9 faiz artım qeydə alınıb.

Yanvar-mart ayları ərzində 83 min 90 cərrahi əməliyyat və prosedur (78 min 281 stasionar, 4 min 809 ambulator olmaqla) icra olunub.

Paylaş: