İstanbulda baş verən zəlzələ zamanı 151 nəfər yaralanıb
İstanbul valisi Davut Gül şəhərdə baş verən zəlzələlərlə bağlı mətbuata açıqlama verib.
Fhnews.az xəbər verir ki, vali zəlzələdən sonrakı vəziyyətlə bağlı işlərin idarə olunması üçün İstanbul Fövqəladə Hallar və Təcili Yardım İdarəsinin yerləşdiyi ərazidə krizis mərkəzinin qurulduğunu deyib.
Bildirilib ki, yerli vaxtla saat 15:30-a olan məlumata görə, şəhərin enerji təchizatı və infrastrukturda, təbii qaz təchizatı, içməli su və kanalizasiya infrastrukturu kimi ümumi həyatı təsir edəcək amillərdə heç bir mənfi hal müşahidə olunmayıb. Zəlzələ zamanı insan itkisi və şəhər üzrə yaşayış olan binalarda hansısa dağıntı qeydə alınmayıb. Panika səbəbi ilə hündürdən atlayan 151 nəfər xəsarət alıb ki, onların da müalicəsi xəstəxanalarda davam edir, vəziyyətləri normaldır. Sadəcə, İstanbulun Fatih rayonunda tərk edilmiş bir bina uçub, hadisə nəticəsində ölən və ya yaralanan yoxdur.
Aidiyyəti qurumların sahə üzrə işləri davam edir.
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya verdiyi açıqlamada, İstanbulda baş vermiş 6.2 bal gücündəki zəlzələnin 13 saniyə davam etdiyini və indiyədək ümumilikdə 51 afterşokun qeydə alındığını bildirib.
İstanbulda baş verən zəlzələ zamanı 151...
Çexlər getdikcə daha çox əcnəbilərlə...
Çində alkoqolizmdən qurtulmaq üçün çip...
Almaniyaya əfqan mirantların qəbulu...
Son bir saatda İstanbulda səkkiz zəlzələ...