AZAL Qurban bayramı ilə bağlı uçuşların sayını artırır
Azərbaycanın milli aviadaşıyıcısı AZAL Qurban bayramı münasibətilə artan sərnişin tələbatını nəzərə alaraq bir neçə məşhur istiqamətdə əlavə reyslər həyata keçirəcək.
AZAL-dan bildirilib ki, əlavə uçuşlar Bakıdan İstanbul, Antalya və Dubaya planlaşdırılıb.
Belə ki, AZAL Bakıdan İstanbula iyun ayının 5-i, 6-sı, 8-i, Antalyaya iyunun 6-dan 12-nə kimi hər gün, Dubaya isə iyunun 4-ü, 5-i, 8-i və 9-u tarixlərində əlavə reys yerinə yetirəcək. Sözügedən şəhərlərə uçuşların artırılması sərnişinlərə bayram günlərində daha rahat səyahət imkanı yaratmaq məqsədini daşıyır.
AZAL Qurban bayramı dönəmində səyahət etməyi planlaşdıran bütün sərnişinlərə biletləri əvvəlcədən almağı tövsiyə edir.
Bakıda yeni parklanma yerləri təşkil...
AZAL Qurban bayramı ilə bağlı uçuşların...
Dövlət proqramına uyğun yeni yolun...
Çin şirkətləri ilə yaşıl enerji üzrə 6...
“AzerGold” tərəfindən Beynəlxalq Yer...