23 aprel 2025, çərşənbə Bakı, 17°C
IMG-LOGO

Avropa çempionatı: Azərbaycan cüdoçuları təsəlliverici görüşdə üz-üzə gələcəklər

23-04-2025
IMG

Monteneqronun paytaxtı Podqoritsada cüdo üzrə Avropa çempionatına start verilib.

Fhnews.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisinin 5 üzvü tatamiyə çıxıb.

Onlardan yalnız Əhməd Yusifov və Turan Bayramov (hər ikisi 60 kiloqram) 1/4 finaladək irəliləyiblər. Bu mərhələdə rəqiblərinə uduzan idmançılarımız bürünc medal uğrunda təsəlliverici görüşdə bir-biriləri ilə üz-üzə gələcəklər.

Bu gün mübarizəyə qoşulan Könül Əliyeva (48 kiloqram) 1/8 finalda, Gültac Məmmədəliyeva (52 kiloqram) və Ruslan Paşayev (66 kiloqram) isə ilk görüşlərində məğlub olaraq turnirlə vidalaşıblar.

Qeyd edək ki, Avropa çempionatına aprelin 26-da yekun vurulacaq.

Paylaş: