23 aprel 2025, çərşənbə Bakı, 16°C
IMG-LOGO

Zəngilan və Cəbrayıl sakinlərinə kənd təsərrüfatı dronlarından istifadəyə dair onlayn təlimlər keçirilir

23-04-2025
IMG

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə aqrar sahədə innovasiyaların təbliği və təşviqi istiqamətində növbəti layihə həyata keçirilir.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, layihə çərçivəsində Zəngilan və Cəbrayıl rayonlarının sakinləri üçün aqrar sahədə tətbiq olunan pilotsuz uçuş aparatlarının idarə edilməsinə dair onlayn təlimlərə start verilib.

Türkiyənin “Sapmaz Havacılık və İleri Texnolojiler” şirkətinin mütəxəssisləri tərəfindən keçirilən təlimlərdə kənd təsərrüfatı dronlarının spesifikası və istifadə qaydaları öyrədilir.

Təlim iştirakçıları Zəngilan rayonunda keçiriləcək Aqrar Biznes Festivalı çərçivəsində sahələrə çiləyici dronlar vasitəsilə herbisid və pestisidlərin səpini üzrə praktiki təcrübə keçəcəklər.

Təlimlərdə iştirak etmiş şəxslərə Türkiyə Respublikasının Mülki Aviasiya Baş İdarəsi tərəfindən təsdiqlənmiş sertifikat və dronların idareedilməsi üzrə sürücülük vəsiqəsi veriləcək.

 

Paylaş: