23 aprel 2025, çərşənbə Bakı, 16°C
IMG-LOGO

Baş nazir Əli Əsədov ilə Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz arasında telefon danışığı olub
 

23-04-2025
IMG

Aprelin 23-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmaz arasında telefon danışığı olub.

Nazirlər Kabinetindən bildiriblər ki, telefon danışığı əsnasında İstanbul şəhərində baş vermiş silsilə zəlzələ ilə bağlı narahatlıq ifadə olunub, Azərbaycanın hər zaman olduğu kimi bu çətin məqamda da qardaş Türkiyənin yanında olduğu bildirilib.

Hazırda Türkiyənin aidiyyəti qurumları tərəfindən bölgədə qiymətləndirmə, həmçinin zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində aparılan tədbirlər müzakirə olunub.

Paylaş: