Dünyanı bürüyən toz fırtınası
Meksikanın şimal hissəsi uzun müddət ərzində ən böyük toz fırtınasına şahidlik edib. Meksikada baş verən güclü toz fırtınası peyk görüntüləri ilə lentə alınıb. Fırtına o qədər böyük olub ki, hava və elmi təşkilatlar tərəfindən paylaşılan peyk görüntülərində kosmosdan aydın görünüb.
Fırtına Atmosfer Tədqiqatları Kooperativ İnstitutu tərəfindən peyklərin köməyi ilə qeydə alınıb. Bu atmosfer toz fırtınaları təkcə görünüş baxımından dramatik deyil, həm də ictimai təhlükəsizlik və sağlamlıq üçün də ciddi nəticələrə səbəb ola bilər.
Videoda toz buludunun sürətlə Meksikanın şimalına doğru irəlilədiyi görünür. Oxşar toz fırtınaları təxminən bir ay əvvəl Qərbi Texas, Oklahoma və Kanzas ştatlarının bəzi hissələrinə təsir edərək, ABŞ-nın bəzi hissələrinə keçib.
Dünyanın bu hissəsində toz fırtınaları qeyri-adi olmasa da, anormal quru şərait onları daha da pisləşdirə bilər.
İstanbulda baş verən zəlzələ zamanı 151...
Çexlər getdikcə daha çox əcnəbilərlə...
Çində alkoqolizmdən qurtulmaq üçün çip...
Almaniyaya əfqan mirantların qəbulu...
Son bir saatda İstanbulda səkkiz zəlzələ...