Azərbaycan Mədəniyyət Mərkəzi Türk Dil Kurumu ilə birgə ana dilimizin təbliği ilə bağlı layihələr həyata keçirəcək
Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi ana dilimizin, ədəbiyyatımızın qardaş ölkədə təbliği məqsədilə Türkiyənin aparıcı qurumları, universitetləri, mərkəzləri ilə ortaq layihələr həyata keçirir.
Fhnews.az xəbər verir ki, Azərbaycan Mədəniyyət Mərkəzi ilə Türk Dil Qurumu arasında birgə əməkdaşlığa dair yol xəritəsinin hazırlanması razılaşdırılıb.
Tərəflər Azərbaycan dilinin, ədəbiyyatının qardaş ölkədə təbliği, klassik irsimizin Türkiyə türkcəsinə tərcüməsi, nəşri, bu mövzuda Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə nəşr olunan kitablarının daha geniş təbliği və yayılması məqsədilə birgə addım atacaqlar. Həmçinin Türkiyənin universitetlərində Azərbaycan poeziyasına aid birgə şeir, poeziya gecələrinin təşkili, Azərbaycan dilinin tədrisi məqsədilə Azərbaycan Mədəniyyət Mərkəzinin Ankarada yaratdığı Azərbaycan dili kurslarının fəaliyyətinin təkmilləşdirilməsi, kurslara akademik dəstək, dahi şairlərimiz, Türk dünyası ədəbiyyatının tanınmış nümayəndələri Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai irsinin tanıdılması, Azərbaycan və türkiyəli Nizamişünas alimlərin iştirakı ilə il ərzində birgə simpoziumun təşkili və digər layihələrin həyata keçirilməsinə dair birgə iş aparacaqlar.
Bununla əlaqədar, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Türk Dil Kurumunun rəhbəri Osman Mert arasında görüş keçirilib, gələcəkdə ortaq dəyərlərimiz, ana dili və ədəbiyyatımıza dair qalıcı layihələrin həyata keçirilməsi müzakirə olunub.
Qeyd edək ki, Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Atatürk Mədəniyyət, Dil və Tarix Ali Qurumuna bağlı Türk Dil Qurumunun zəngin kitabxanası fəaliyyət göstərir ki, sözügedən kitabxanaya Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Azərbaycana dair zəngin kitab kolleksiyası da hədiyyə olunacaqdır.
Osman Mertə Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə ilk dəfə orijinaldan Türkiyə türkcəsinə tərcümə olunmuş Nizami Gəncəvinin “Xəmsə”sinə aid əsərləri hədiyyə olunub.
Azərbaycan Mədəniyyət Mərkəzi Türk Dil...
Azərbaycan nümayəndə heyəti Bişkekdə...
Leyla Əliyeva Vyetnam Kommunist...
Azərbaycan Mədəniyyət Mərkəzi ilə...
Mədəniyyət nazir Bişkekdə qırğız həmkarı...