23 aprel 2025, çərşənbə Bakı, 17°C
IMG-LOGO

Ötən gün vətəndaşların bank kartlarından 21 min 139 manat və 25 dollar oğurlanıb

23-04-2025
IMG

Aprelin 22-də ayrı-ayrı vətəndaşların 9100, 6100, 2290, 755, 755, 600, 390, 311, 204, 200, 157, 147, 80, 50 manat və 25 dollar pul vəsaitləri müxtəlif kiber üsulla bank kartlarından oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır. Həmin məlumatlar naməlum şəxslərə verildiyi halda hesabda olan pullar oğurlanır, yaxud pul yoxdursa, kredit formasında vətəndaşa zərər vurulur.

“Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var”, - deyə DİN-in məlumatında xəbərdarlıq edilir.

Paylaş: