23 aprel 2025, çərşənbə Bakı, 17°C
IMG-LOGO

“Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-də hərbiləşdirilməmiş mülki müdafiə qüvvələri ilə məşq keçirilib

23-04-2025
IMG

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti ilə birlikdə “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-də hərbiləşdirilməmiş mülki müdafiə qüvvələri ilə məşq keçirib.

Məşqə FHN Aran Regional Mərkəzi və Mingəçevir şəhər Yanğından Mühafizə Dəstəsinin müvafiq qüvvələri, “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin rəhbər heyəti və mülki müdafiə qüvvələri cəlb edilib.

Məşqin keçirilməsində məqsəd müəssisənin mülki müdafiə qüvvələrinin fövqəladə hallara operativ reaksiyavermə hazırlığı səviyyəsinin yoxlanılması və böhran vəziyyətlərində birgə fəaliyyətlərin uzlaşdırılması, komandir-rəis heyətinin idarəetmə sahəsində bilik və bacarıqlarının təkmilləşdirilməsi, şəxsi heyətə xəbərdarlıq toplanışı üzrə əməli vərdişlərin aşılanması olub.


Məşq zamanı obyektin mülki müdafiə qüvvələrinin fövqəladə hal barədə xəbərdar edilməsi, xəbərdarlıq toplanışı siqnalı ilə qaldırılması, toplanma məntəqəsinə yürüş, toplanış və idarəetmənin təşkili üzrə fəaliyyəti yoxlanılıb, həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilib.


Uğurla reallaşdırılan məşqdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.

Paylaş: