Buzlaqların əriməsi təbii hadisələri artırırmı?
Kolorado Universitetinin rəhbərlik etdiyi yeni bir araşdırma göstərdi ki, son Buz Dövrünün sonunda buzlaqların sürətli əriməsi dramatik iqlim dəyişikliyinə səbəb olub. Araşdırmalara görə, təxminən 12.000 ilə 6.000 il əvvəl Orta Atlantik silsiləsində dəniz dibinin yayılma sürəti 40 faizə qədər artmışdır. Tədqiqatçılar buzlaqların əriməsinin Yer qabığına təkcə şaquli deyil, həm də üfüqi istiqamətdə təsir etdiyini bildiriblər. Bu, Şimali Amerika plitəsinin bir qədər fırlanmasına və dəniz dibində daha çox okean qabığının formalaşmasına səbəb olub. Modelləşdirmə məlumatlarına əsaslanan araşdırma, eyni dövrdə İslandiyada da vulkanik aktivliyin əhəmiyyətli dərəcədə artdığını müəyyən edib. Tədqiqatçılar deyirlər ki, keçmiş buzlaqların əriməsi ilə əlaqəli vulkanik artımlar bu gün Qrenlandiyada buzlaqların əriməsi ilə oxşar təsirlərə malik ola bilər. "Buzlaqların əriməsi gələcəkdə dəniz dibinin yayılmasını və orta okean silsilələrində vulkanik aktivliyi artıra bilər. Bununla belə, bu təsirlərin üzə çıxması əsrlər çəkə bilər",deyə - tədqiqatın aparıcı müəllifi Tao Yuan bildirib.
İstanbulda daha bir zəlzələ...
Buzlaqların əriməsi təbii hadisələri...
İstanbulda zəlzələdən sonra bəzi...
Çindəki keçmiş fabrik Harri Potterdən...
Dünyada ən çox kitab oxuyan ölkələr...