24 aprel 2025, cümə axşamı Bakı, 17°C
IMG-LOGO

“Azərkosmos” və “Türksat” arasında Anlaşma Memorandumu imzalanıb

24-04-2025
IMG

“Azərkosmos” və Türkiyənin aparıcı peyk telekommunikasiya şirkəti “Türksat” arasında Anlaşma Memorandumu imzalanıb.

Fhnews.az xəbər verir ki, sənəd hər iki tərəf arasında peyk telekommunikasiya sahəsində faydalı əməkdaşlığın inkişaf etdirilməsini, bilik, bacarıq və təcrübə mübadiləsini özündə ehtiva edir.

Eyni zamanda, imzalanmış sənəd əsasında peyk xidmətləri ilə bağlı regional və beynəlxalq qanunların tənzimlənməsi, radiotezliklərin düzgün idarə olunması, coğrafi informasiya sistemləri xidmətləri, kosmik texnologiyalar, kosmik layihələrin idarə edilməsi və digər mövzular üzrə ikitərəfli məsləhətləşmələrin aparılması nəzərdə tutulub.

İmzalanma mərasimi “Azərkosmos”un ev sahibliyi etdiyi Kosmik Texnologiyalar Konfransı (STC) çərçivəsində baş tutub.

Paylaş: