24 aprel 2025, cümə axşamı Bakı, 18°C
IMG-LOGO

Milli Observatoriya beynəlxalq müsabiqədə mükafata layiq görülüb

24-04-2025
IMG

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya Asiya-Sakit Okean regionu üzrə keçirilən nüfuzlu “Asiya mükafatı” beynəlxalq qiymətləndirmə müsabiqəsində “Asiyanın əmək bazarı üzrə ən yaxşı təşkilatı” mükafatına layiq görülüb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Milli Observatoriyanın əmək bazarının araşdırılması, şəffaf sorğu prosesinin keçirilməsi və tədqiqat nəticələrini əhatə edən fəaliyyəti və əldə etdiyi nailiyyətləri müsabiqənin münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib və qurumun adı qaliblər sırasına daxil edilib.

Qeyd edək ki, müsabiqədə Azərbaycanla yanaşı, Avstraliya, Sinqapur, Cənubi Afrika, Braziliya və digər ölkələrdən 50-dən çox layihə iştirak edib.

Paylaş: