24 aprel 2025, cümə axşamı Bakı, 16°C
IMG-LOGO

Məleykə Abbaszadə: Bu il gürcü dilində təhsil alan 200-dən çox məzun Azərbaycanda imtahan verib

24-04-2025
IMG

Bu il gürcü dilində təhsil alan 200-dən çox məzun Azərbaycanda imtahan verib. Onlardan 100-ü 11-ci sinif, 120-si isə 10-cu sinif şagirdidir.

Fhnews.az xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, Azərbaycanda fəaliyyət göstərən və Azərbaycan dilində tədris aparılan məktəblərdə dövlət dili üzrə imtahanların təşkili və nəticələrin qiymətləndirilməsi sahəsində əməkdaşlıq davam etdirilir:

“Biz bu əməkdaşlıq çərçivəsində əldə etdiyimiz təcrübəni Gürcüstan tərəfi ilə bölüşürük. Xüsusilə kütləvi imtahanların idarə olunmasında tətbiq etdiyimiz alqoritmik yanaşmalar onların böyük marağına səbəb olub. Qarşı tərəf bu texnologiyaların öz sistemlərinə uyğunlaşdırılaraq tətbiq edilməsini nəzərdən keçirmək niyyətindədir”.

O əlavə edib ki, Gürcüstan nümayəndələri səfərin növbəti günündə də elektron imtahan mərkəzində müşahidələr aparacaq və 9-cu sinif buraxılış imtahanlarında iştirak edəcəklər. Onlar imtahanların qapalı mühitdə təşkilini yerində izləyəcək və prosesə dair suallarla maraqlanacaqlar.

Paylaş: