FHN-in Gəncə Regional Mərkəzində təhsil müəssisələrinin psixoloqları üçün təlim keçirilib
Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzində təhsil müəssisələrinin psixoloqları üçün növbəti təlim keçirilib.
Təlimdə Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsinin tibbi və psixoloji yardımın təşkili şöbəsinin baş məsləhətçisi Sona Məmmədova, Mülki müdafiə qoşunları şəxsi heyətin mənəvi-psixoloji hazırlığı bölməsinin rəis köməkçisi baş leytenant Təranə Qurbanova, Gəncə şəhəri və Samux, Daşkəsən, Göygöl rayonlarının ümumtəhsil müəssisələrinin psixoloqları iştirak edib.
Təlimin keçirilməsində əsas məqsəd psixoloqların ekstremal şəraitdə çalışmaq vərdişlərinin artırılması, eyni zamanda qarşılıqlı peşəkar fəaliyyətin qurulması olub.
Təlimdə FHN-in ixtisaslaşmış psixoloqları tərəfindən “Fövqəladə hadisələr zamanı ilkin psixoloji yardımın göstərilməsi” və son dövrlər aktuallığı daha da artan “İntihar və intihara cəhd hadisələrinin qarşısının alınması”, “Ekstremal vəziyyətlərdə ilkin psixoloji yardımın göstərilməsi” mövzularında fotoslayd və videoçarx vasitəsilə ətraflı məlumat verilib.
İnteraktiv formada keçirilən təlim zamanı iştirakçıların sualları cavablandırılıb.
Xəbərdarlıq: İntensiv yağış yağacaq,...
FHN-in Aran Regional Mərkəzi rəhbər...
FHN-in Gəncə Regional Mərkəzində təhsil...
İsmayıllı rayonunda zəlzələ olub...
FHN-in Şimal-qərb Regional Mərkəzi...