Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib
Bu ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Ordusunun “Qaraheybət” Təlim Mərkəzində hərbi qulluqçular arasında məsafəli qaçış üzrə “Hərbiləşdirilmiş kros birinciliyi” keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tədbir Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra şəxsi heyətə yarışın şərtləri izah olunub.
Plana əsasən, yarış çərçivəsində 3 min metrlik məsafədə qaçış, atıcı silahdan atəş və qumbara atma üzrə fəaliyyətlər icra edilib.
Hərbi qulluqçuların döyüş hazırlığı səviyyəsinin artırılması məqsədi daşıyan həmin tədbirdə iştirakçılar yüksək peşəkarlıq nümayiş etdirərək, qarşıya qoyulan tapşırıqları uğurla yerinə yetiriblər.
Yarışın yekununda fərqlənən hərbi qulluqçular və komandalar kubok, fəxri fərman və diplomlarla mükafatlandırılıblar.
Azərbaycan Ordusunda hərbiləşdirilmiş...
Hərbi vəzifəlilərin təlim toplanışında...
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim...
Azərbaycan Ordusunun mövqeləri atəşə...
Müdafiə Nazirliyində dövlət qurumları və...