FHN-in Şimal-qərb Regional Mərkəzi nümunəvi dərs keçirib
Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən Zaqatala Dövlət İdarəetmə və Texnologiya kollecində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib.
Dərsin keçirilməsində məqsəd müəllim və tələbələrin fövqəladə hallarla bağlı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılmasına, təhsil müəssisəsində baş verə biləcək yanğın hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsinə nail olmaqdır.
Tədbirdə FHN-in Şimal-qərb Regional Mərkəzinin əməkdaşları, Zaqatala Dövlət İdarəetmə və Texnologiya kollecinin rəhbər şəxsləri və tələbələri iştirak ediblər.
Tədbirdə çıxış edənlər Azərbaycanda dövlət səviyyəsində əhalinin təhlükəsizliyinə göstərilən diqqətdən, bu istiqamətdə görülən işlərdən, fövqəladə hallar sahəsində aparılan maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışıblar.
Nümunəvi dərsdə FHN-in əməkdaşları tərəfindən mülki müdafiənin əsas prinsipləri, fövqəladə hallar və bununla bağlı davranış qaydaları barədə tədbir iştirakçılarına ümumi məlumat verilib, mövzuya aid fotoslayd və videoçarxlar nümayiş etdirilib.
İnteraktiv formada keçən tədbirdə suallar ətraflı cavablandırılıb.
İsmayıllı rayonunda zəlzələ olub...
FHN-in Şimal-qərb Regional Mərkəzi...
Dövlət Əmək Müfəttişliyi Xidməti bu ilin...
Şabranda evi yararsız hala düşən sakinə...
Sabah bəzi rayonlarda havanın arabir...