Türkiyəli professor: Azərbaycan autizm diaqnostikası sahəsində bir çox uğurlar əldə edib
Azərbaycanda autizm diaqnostikası üzrə peşəkar mütəxəssislər fəaliyyət göstərir və təlim-tədris sahəsində bir çox uğurlar əldə olunub.
Fhnews.az xəbər verir ki, bu fikirləri türkiyəli professor Elif Tekin İftar Bakıda keçirilən Beynəlxalq Autizm Konfransının açılış mərasimində deyib. O qeyd edib ki, konfransın əsas məqsədi yalnız diaqnostika ilə məhdudlaşmır: “Əsas diqqətimiz tədqiqatdan təcrübəyə keçidə, praktik biliklərin paylaşılmasına yönəlib. Tədbir çərçivəsində autizm sahəsində fəaliyyət göstərən mütəxəssislər öz tədris təcrübələrini və fikirlərini bölüşəcəklər.
Professor bildirib ki, konfransda həm şifahi təqdimatlar, həm də praktiki məşğələlər təşkil olunacaq. Bu isə iştirakçılara yalnız nəzəri deyil, həmdə tətbiq edilə bilən bilik və bacarıqlar qazandıracaq.
“Qürurla qeyd etmək istəyirəm ki, tədbirə İsveç, Norveç, İrlandiya və Türkiyədən də tanınmış mütəxəssislər qatılıb. Onların iştirakı beynəlxalq təcrübənin paylaşılmasına və yeni baxış bucaqlarının formalaşmasına töhfə verəcək. Autizm sahəsində fərqliliklərin daha dərindən anlaşılması və cəmiyyətin maarifləndirilməsi üçün bu kimi tədbirlərin keçirilməsi olduqca vacibdir. Biz birlikdə maarifləndirmə ilə yanaşı, empati və dəstək mədəniyyəti də yarada bilərik”, - deyə türkiyəli professor əlavə edib.
İsmayıllı rayonunda zəlzələ olub...
FHN-in Şimal-qərb Regional Mərkəzi...
Dövlət Əmək Müfəttişliyi Xidməti bu ilin...
Şabranda evi yararsız hala düşən sakinə...
Sabah bəzi rayonlarda havanın arabir...