24 aprel 2025, cümə axşamı Bakı, 17°C
IMG-LOGO

Meksikada yol-nəqliyyat hadisəsi nəticəsində azı 11 nəfər ölüb

24-04-2025
IMG

Meksikanın şimalında baş verən yol-nəqliyyat hadisəsi nəticəsində azı 11 nəfər ölüb, səkkiz nəfər yaralanıb.

Fhnews.az xəbər verir ki, qəza Quaçoçi-Yokivo avtomobil yolunda baş verib. Yerli hakimiyyət orqanlarının məlumatına görə, Raramuri icmasının üzvlərini daşıyan pikap qarşısına çıxan avtomobillə toqquşub.

İcmanın üzvləri Quaçoçi şəhərindəki Somaraçi icmasında bələdiyyə yardımının paylanması tədbirindən geri qayıdırmış. Qəzanı törədən avtomobilin sürücüsü hadisə yerindən qaçıb.

Sosial media hesabında həlak olanların ailələrinə başsağlığı verən qubernator Maru Kampos yerli hakimiyyət orqanlarının dəfn xərclərini öz üzərinə götürəcəyini, hadisə qurbanlarının ailələrinə və yaralananlara yardım göstəriləcəyini bildirib.

Paylaş: