24 aprel 2025, cümə axşamı Bakı, 17°C
IMG-LOGO

İsmayıllı rayonunda zəlzələ olub

24-04-2025
IMG

Aprelin 24-də Xınalıq stansiyasından 22 kilometr cənub-şərqdə - İsmayıllı rayonunda zəlzələ olub.

Fhnews.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Qeyd edilib ki, maqnitudası 3 olan zəlzələ yerli vaxtla saat 14:12-də qeydə alınıb.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, zəlzələ ocağının dərinliyi 5 kilometr olub.

Paylaş: