FHN-in Aran Regional Mərkəzi rəhbər heyətin mülki müdafiə məşqi təşkil edib
Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi tərəfindən “Naftalan şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdə “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin mülki müdafiə məşqi keçirilib.
Məşqin keçirilməsində əsas məqsəd fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması ilə əlaqədar rəhbər heyətin funksional vəzifələrini yerinə yetirməsi üzrə nəzəri bilik və praktiki vərdişlərini təkmilləşdirməkdən, fövqəladə hadisələrin qarşısının alınması işində təşkilatçılıq və operativliyin artırılmasından ibarət olub.
Məşqdə şərti fövqəladə hadisə ilə əlaqədar rəhbər heyətin mülki müdafiə qüvvələrinin idarə edilməsi üzrə fəaliyyəti simulyasiya edilib.
Uğurla keçən məşqdən sonra nəticələr təhlil edilib, aidiyyəti üzrə tapşırıqlar verilib.
Xəbərdarlıq: İntensiv yağış yağacaq,...
FHN-in Aran Regional Mərkəzi rəhbər...
FHN-in Gəncə Regional Mərkəzində təhsil...
İsmayıllı rayonunda zəlzələ olub...
FHN-in Şimal-qərb Regional Mərkəzi...