24 aprel 2025, cümə axşamı Bakı, 14°C
IMG-LOGO

Dünyada ən çox kitab oxuyan ölkələr açıqlanıb

24-04-2025
IMG

“World Population Review” və “CEO World Magazine” tərəfindən dərc olunan hesabata görə, adambaşına düşən kitab oxuma müddətinə görə Amerika Birləşmiş Ştatları  birinci yerdədir.Beləki,Birləşmiş Ştatlar 2024-cü ildə ən çox kitab oxunan ölkələr siyahısında liderlik edir. ABŞ-da hər bir insan ildə orta hesabla 357 saat kitab oxuyur ki, bu da ildə təxminən 17 kitaba bərabərdir. Bu məlumat siyahıda sonuncu olan Əfqanıstanda ildə təxminən 3 kitaba bərabərdir. 

Siyahıda ikinci yerdə olan və adambaşına oxunan kitab sayının orta hesabla 16 olduğu Hindistanda ildə adambaşına kitab oxumağa sərf olunan saatların sayı təxminən 352, üçüncü yerdə olan İngiltərədə isə ildə 343 saatdır. Beləliklə, dünyada ən çox kitab oxunan ölkələr arasında ABŞ-dan sonra Hindistan, İngiltərə, Fransa və İtaliya yer alıb.

Bundan sonrakı yerleri Kanada, Rusiya, Avstraliya, İspaniya, Hollandiya və İsveçrə tutub. Kitaba ən az vaxt sərf edən ölkələr arasında Əfqanıstan, Bruney, Pakistan, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri var.

Paylaş: