24 aprel 2025, cümə axşamı Bakı, 17°C
IMG-LOGO

Mərkəzi Asiya və Körfəz Əməkdaşlıq Şurasının Beyin Mərkəzlərinin Forumu keçirilib

24-04-2025
IMG

Daşkənddə Mərkəzi Asiya Beynəlxalq İnstitutunun “Bourse & Bazaar” Fondu ilə birgə təşkil etdiyi Mərkəzi Asiya ölkələrinin Beyin Mərkəzlərinin və Körfəz Əməkdaşlıq Şurasının ilk Forumu keçirilib.

Fhnews.az xəbər verir ki, bu barədə Özbəkistanın UZA xəbər agentliyi məlumat yayıb. Bildirilib ki, iki gün ərzində qırxdan çox ekspert, sahibkar və siyasi analitik regionlararası əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini müzakirə ediblər. İqtisadi əlaqə, humanitar mübadilə və dialoqun institusionallaşdırılması məsələlərinə xüsusi diqqət yetirilib.

Forumda humanitar sahəyə geniş yer verilib. Xüsusi sessiya zamanı iştirakçılara Körfəz ölkələri haqqında təsəvvürlərlə bağlı Mərkəzi Asiya ölkələrinin paytaxtlarında keçirilmiş ictimai rəy sorğusunun nəticələri təqdim olunub. Forumun yekun sessiyaları strateji müzakirələrdən konkret əməkdaşlıq mexanizmlərinə keçidə, o cümlədən hüquqi bazaların uyğunlaşdırılmasına, təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsinə və insan kapitalının inkişafına yönəlib.

Paylaş: