Türkiyədə “Azərbaycan kino günləri” təşkil olunacaq
Aprelin 28-dən 30-dək İstanbulda “Azərbaycan kino günləri” keçiriləcək. Kino günləri Azərbaycan ilə Türkiyə arasında mədəniyyət sahəsində bağlanmış əməkdaşlığa dair sazişə əsasən təşkil olunacaq.
Mədəniyyət Nazirliyindən bildirilib ki, tədbir Azərbaycanın Mədəniyyət Nazirliyi, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi və Türkiyədəki səfirliyimizin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin birgə əməkdaşlıq çərçivəsində həyata keçirilir.
Kino günləri zamanı son illərdə Mədəniyyət Nazirliyinin sifarişi ilə istehsal olunmuş Azərbaycan filmlərinin nümayişi baş tutacaq. Tədbir çərçivəsində Azərbaycan və Türkiyə film istehsalçıları və mütəxəssisləri arasında görüşlər keçiriləcək, birgə film istehsalı imkanları müzakirə olunacaq.
Qeyd edək ki, tədbirin açılış mərasimi və filmlərin nümayişi İstanbul şəhərində yerləşən “Atlas Cinema”da və Türkiyənin iki nüfuzlu universitetində həyata keçiriləcək.
Türkiyədə keçiriləcək “Azərbaycan kino günləri”ndə Azərbaycan nümayəndə heyəti iştirak edəcək.
Türkiyədə “Azərbaycan kino günləri”...
Azərbaycan Mədəniyyət Mərkəzi Türk Dil...
Azərbaycan nümayəndə heyəti Bişkekdə...
Leyla Əliyeva Vyetnam Kommunist...
Azərbaycan Mədəniyyət Mərkəzi ilə...