24 aprel 2025, cümə axşamı Bakı, 22°C
IMG-LOGO

“CawaMedia” agentliyi UFC-nin Azərbaycanda keçiriləcək ilk turniri barədə məlumat yayıb

24-04-2025
IMG

Dünyanın müxtəlif ölkələrində beynəlxalq media, fotojurnalistlər və kommunikasiya agentlikləri ilə əməkdaşlıq edən “CawaMedia” agentliyi UFC-nin Azərbaycandakı ilk turniri haqqında məqalə dərc edib.

Fhnews.az xəbər verir ki, məqalədə iyunun 21-də Bakının qarışıq döyüş sənətləri sahəsində dünyanın aparıcı “Ultimate Fighting Championship” təşkilatını qəbul edəcəyi qeyd olunur. Bununla da Azərbaycan rəsmi UFC turniri keçiriləcək 31-ci ölkə olacaq. Gecənin əsas qarşılaşması yarım ağır çəki dərəcəsində amerikalı döyüşçülər Camal Hill və Xalil Rauntri Jr. arasında baş tutacaq.

Məqalədə yarışın keçiriləcəyi məşhur kompleks “Bakı Kristal Zalı”na və UFC prezidenti Dana Uaytın fikirlərinə xüsusi yer verilir. O bildirib ki, Azərbaycanın böyük idman tədbirlərinin təşkili sahəsində zəngin təcrübəsi var.

“Bir çox görkəmli idmançıların bu regionda olması UFC turnirinin keçirilməsi üçün Azərbaycanın seçilməsini tam əsaslandırır”, - deyə o qeyd edib.

Məqalədə UFC-nin Avrasiya regionunda genişlənməsi üçün turnirin strateji əhəmiyyəti, Azərbaycanın isə müasir infrastrukturu və yüksək qonaqpərvərliyi ilə idman dövləti kimi artan nüfuzu xüsusi vurğulanır.

Müəllifin fikrincə Bakıda keçiriləcək turnir bu ilin ən yaddaqalan idman hadisələrindən biri olacaq.

Paylaş: