24 aprel 2025, cümə axşamı Bakı, 20°C
IMG-LOGO

Ümumdünya Qida Təhlükəsizliyi Gününə həsr olunmuş minifutbol turniri keçiriləcək

24-04-2025
IMG

Ümumdünya Qida Təhlükəsizliyi Günü münasibətilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları arasında minifutbol turniri təşkil olunacaq.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, turnir mayın 3-dən iyunun 21-dək keçiriləcək.

Turnirdə Agentliyin qurumlarını təmsil edən 12 komandanın iştirakı nəzərdə tutulur. Qrup mərhələsində qarşılaşacaq komandalar püşkatma mərasimində müəyyənləşib.

Qeyd edək ki, Agentliyin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçiriləcək turnirin əsas məqsədi işçilər arasında sağlam həyat tərzinin təşviqi, bədən tərbiyəsi və idmanın əhəmiyyətinin təbliği, eləcə də əməkdaşların asudə vaxtlarının səmərəli şəkildə təşkil olunması və əməkdaşlar arasında sağlam rəqabət mühitinin yaradılmasıdır.

Paylaş: