Sabah bəzi rayonlarda havanın arabir yağıntılı olacağı gözlənilir
Azərbaycanda aprelin 25-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gündüz havanın qısamüddətə tutulacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, səhər cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 12-16°, gündüz 21-26° isti olacaq. Atmosfer təzyiqi 755 millimetr civə sütunundan 751 millimetr civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi şimal və qərb rayonlarında arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensivləşəcəyi, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 13-17°, gündüz 22-27° isti, dağlarda gecə 5-10°, gündüz 15-20° isti olacağı ehtimal edilir.
Xəbərdarlıq: İntensiv yağış yağacaq,...
FHN-in Aran Regional Mərkəzi rəhbər...
FHN-in Gəncə Regional Mərkəzində təhsil...
İsmayıllı rayonunda zəlzələ olub...
FHN-in Şimal-qərb Regional Mərkəzi...