Birinci rübdə reinteqrasiya tədbirləri nəticəsində 30 uşaq müəssisələrdən ailələrinə qaytarılıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin reinteqrasiya tədbirləri nəticəsində bu ilin ilk rübündə daha 30 uşağın müəssisələrdən ailələrinə qayıdışına nail olunub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, uşaqların həmin müəssisələrə düşməsinin qarşısının alınması üçün həssas qruplara aid uşaqlar və ailələri ilə bağlı Ailə İnkişaf Planları əsasında sosial-psixoloji dəstək və maarifləndirmə işləri aparılır.
Yanvar-mart aylarında 54 uşağın ailələri tərəfindən müəssisələrə verilməsinin qarşısı alınıb, həmin uşaqların öz ailələrində saxlanması təmin olunub.
İsmayıllı rayonunda zəlzələ olub...
FHN-in Şimal-qərb Regional Mərkəzi...
Dövlət Əmək Müfəttişliyi Xidməti bu ilin...
Şabranda evi yararsız hala düşən sakinə...
Sabah bəzi rayonlarda havanın arabir...