İstanbulda baş verən zəlzələdən sonra 266 afterşok qeydə alınıb
Dünən Mərmərə dənizinin İstanbul sahillərinə yaxın ərazisində baş verən 6,2 bal gücündəki zəlzələdən sonra 266 afterşok qeydə alınıb.
Fhnews.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) Anadolu Agentliyinə (AA) bildirilib.
AA-nın məlumatına əsasən, bu gün yerli vaxtla saat 09:00-a qədər 0-4 bal arasında 258, 4-5 bal arasında 7, 5 və daha yuxarı gücdə 1 təkan olmaqla, ümumilikdə 266 afterşok qeydə alınıb.
AFAD-dan Elmi Şuranın araşdırmalarına əsasən ictimaiyyətə verilən məlumatda, zəlzələ zamanı qırılan seqmentin uzunluğunun təxminən 15, eninin isə 9,5 kilometr olduğu, 30 santimetr yerdəyişmənin ölçüldüyü bildirilib.
Çindəki keçmiş fabrik Harri Potterdən...
Dünyada ən çox kitab oxuyan ölkələr...
Dünyada vulkanik aktivlik artıb...
İstanbulda baş verən zəlzələdən sonra...
İstanbulda baş verən zəlzələdən sonra...