24 aprel 2025, cümə axşamı Bakı, 22°C
IMG-LOGO

Azərbaycanın üçqat Paralimpiya çempionu dünya seriyasında mübarizə aparacaq

24-04-2025
IMG

Üçqat Paralimpiya çempionu olan Azərbaycan paraüzgüçüsü Raman Saley bu ilin ilk yarışında mübarizə aparacaq.

Milli Paralimpiya Komitəsindən bildirilib ki, o, ABŞ-ın İndianapolis şəhərində keçiriləcək Dünya Paraüzgüçülük Seriyasında qüvvəsini sınayacaq.

Bu gün start götürən yarışa aprelin 26-da yekun vurulacaq.

Paylaş: