24 aprel 2025, cümə axşamı Bakı, 13°C
IMG-LOGO

Milli Məclisin sədri Roma Papası Fransiskin dəfn mərasimində iştirak edəcək

24-04-2025
IMG

Aprelin 25-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Roma Papası Fransiskin dəfn mərasimində iştirak etmək üçün İtaliyanın Roma şəhərinə səfər edəcək.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Milli Məclisin sədri aprelin 26-da Santa Maria Maggiore bazilikasında keçiriləcək dəfn mərasimində ölkəmizi təmsil edəcək, Roma Papasının son mənzilə yola salınması tədbirlərinə qatılacaq.

Paylaş: