Türkiyənin Daxili İşlər Naziri Əli Yerlikaya: “Afterşokların azaldığını görürük”
İstanbulda baş verən zəlzələ ilə bağlı son məlumatları paylaşan Türkiyənin Daxili İşlər Naziri Əli Yerlikaya artçı təkanların azaldığını bildirib.AFAD koordinasiya mərkəzində açıqlama verən nazir son vəziyyəti paylaşaraq bildirib ki,Mərmərə dənizində baş verən 6,2 bal gücündə zəlzələ Tekirdağ, Yalova, Bursa, Sakarya və Balıkəsirlə yanaşı, İstanbulda da hiss olunub.İndiyədək 8 afterşok qeydə alınıb, onlardan 4-ü və daha çoxu 5,9 bal gücündədir.
AFAD Zəlzələ Elm Şurası tərəfindən edilən qiymətləndirməyə görə, artçı zəlzələlərdən 7-si zəlzələdən sonra ilk 4 saat ərzində qeydə alınıb. Son 12 saatda 4-dən yuxarı təkanlar olmayıb.
Xüsusilə son 16 saat qiymətləndirildikdə artçı təkanların azalmağa meylli olduğu açıq şəkildə görülür. Zəlzələdən bir neçə dəqiqə sonra qüvvəyə minən TAMP (Türkiyə Fəlakətlərə Müdaxilə Planı) bütün fəlakət qruplarının nümayəndələri ilə birlikdə öz işini davam etdirir.
112 Təcili Zəng Mərkəzinə indiyədək 16 793 zəng gəlib. Bunlardan 997-si “Zəlzələ ilə bağlı təcili yardım” üçün müraciət olub. Bu onu göstərir ki, daxil olan zənglərdə xeyli azalma var.
Mərmərə Bölgəsindəki işləri dəstəkləmək üçün AFAD 22 vilayət üzrə 650 personal və 148 nəqliyyat vasitəsi ayırıb.
Türkiyə Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Naziri Murad Kurum da açıqlamasında İstanbulda cəmi 83 binanın cüzi ziyan gördüyünü ifadə edərək, zəlzələ nəticəsində heç bir struktura ciddi ziyan dəymədiyini bildirib.
Amasyada zəlzələ olub...
AFAD-dan İstanbul zəlzələsi ilə bağlı...
ABŞ əhalisinin yarısı havanın...
Fransada fermerin torpağında 150 tondan...
Çinin “Şencou-20” gəmisi kosmik stansiya...