25 aprel 2025, cümə Bakı, 13°C
IMG-LOGO

ABŞ əhalisinin yarısı havanın çirklənməsinə məruz qalır

24-04-2025
IMG

ABŞ əhalisinin 46 faizinin havanın çirkli olduğu bölgələrdə yaşadığı müəyyən edilib. Bildirilib ki, havanın çirklənməsindən zərər çəkənlərin sayı son 10 ildə ən yüksək həddə çatıb. Amerika Ağciyər Assosiasiyasının havanın çirklənməsi ilə bağlı hesabatı ABŞ-nın 2021-2023-cü illər üçün havanın çirklənməsi məlumatlarını araşdırıb.

Hesabatda 156,1 milyon insanın, yəni həmin dövrdə ABŞ əhalisinin 46 faizinin qeyri-sağlam səviyyədə ozon və ya hissəciklərlə çirklənmiş ərazilərdə yaşadığı müəyyən edilib.

Hava çirkliliyindən təsirlənən insanların sayının son 10 ildə ən yüksək həddə çatdığı bildirilən hesabatda həddindən artıq istilər, meşə yanğınları və quraqlığın ölkə daxilində hava keyfiyyətini aşağı saldığına diqqət çəkilib. Hesabatda ozon çirklənməsindən ən çox təsirlənən ərazinin Kaliforniya ştatının Los-Anceles, ən yüksək hava keyfiyyətinə malik bölgənin isə Men ştatının Banqor olduğu qeyd edilib. 

Mövzu ilə bağlı mətbuata açıqlamasında Amerika Ağciyər Assosiasiyasının rəsmisi Katherine Pruitt bildirib ki, dəyişən iqlimimizə təsir edən və həyatımıza təhlükə yaradan çirkləndiricilərə nəzarət etmək üçün daha çox tədbir görməliyik.

Paylaş: