17 aprel 2025, cümə axşamı Bakı, 11°C
IMG-LOGO

Parisdə tullantıların çeşidlənməsi mərkəzində şiddətli yanğın baş verib

08-04-2025
IMG

Parisin 17-ci rayonunda tullantıların çeşidlənməsi mərkəzində şiddətli yanğın baş verib. Gecə saatlarında başlayan yanğının hələ də davam etdiyi bildirilir.

Fhnews.az xəbər verir ki, bu barədə yanğınsöndürənlər X sosial şəbəkəsində bildiriblər. Sakinlərə yaşadıqları evdən çıxmamaq və həmin ərazidən uzaqlaşmaq tövsiyə olunub.

Tullantıların çeşidlənməsi anbarının 12 min kvadratmetr olduğu və binanın bir hissəsinin uçduğu, yanğının Paris məhkəməsinə çox yaxın olan Syctom selektiv toplama çeşidləmə mərkəzinə təsir göstərdiyi qeyd edilir.

Sosial mediada yayılan çoxsaylı görüntü və videolarda binadan nəhəng tüstü sütununun qalxdığı görünür. Hadisə yerinə 60 texnika və 200 yanğınsöndürən cəlb olunub. Tüstü sütunu bir neçə kilometr ətrafda, hətta paytaxtın mərkəzində və Hauts-de-Seinenin bir çox şəhərlərində görünür.

Paylaş: