Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.
Bu barədə Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329-cu, 339.1-ci, 340.2-ci və 661-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin müraciətinə baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad qəbul edilib.
Müraciətə mahiyyəti üzrə tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun aprelin 30-na təyin edilmiş iclasında baxılacaq.
İsmayıllıda zəlzələ qeydə alınıb...
Leysan xarakterli intensiv və güclü...
FHN: Sabunçuda tuneldən suyun çəkilməsi...
ADY gücləndirilmiş iş rejimində...
DİN: Yola çıxarkən ehtiyatlı olun, yol...