Tərbiyəçi-müəllimlərin yerdəyişməsi müsabiqəsi başlanır
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəbəqədər təhsil müəssisələrində daimi əsaslarla işləyən tərbiyəçi-müəllimlərin yerdəyişməsi müsabiqəsinə start verilir.
Bu barədə BŞTİ-dən məlumat verilib. Müsabiqədə iştirak etmək istəyən tərbiyəçi-müəllimlər aprelin 8-dən 14-dək müvafiq ərizə formasını dolduraraq BŞTİ-yə təqdim etməlidirlər. Yerdəyişmə üçün müraciət edən tərbiyəçi-müəllim təqdim olunan vakant yerlərdən maksimum 3-nü seçə bilər.
İştirakçılar ərizəyə aşağıdakı sənədləri əlavə etməlidirlər:
∙ Yaşayış yerinin (rayonu, şəhəri) dəyişməsinə dair müvafiq təsdiqləyici sənəd (arayış);
∙ Şəxsiyyət vəsiqəsinin surəti;
∙ İşlədiyi məktəbəqədər təhsil müəssisəsində daimi əsaslarla tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul olunması haqqında əmrdən çıxarış (müəssisənin möhürü ilə təsdiq edilməlidir);
∙ Əmək kitabçasının surəti (müəssisənin möhürü ilə təsdiq edilməlidir);
∙ Diplomun surəti;
∙ Şəhid ailə üzvü olduğu halda həmin sənədin surəti.
Ali təhsil müəssisələrinə sınaq...
Aprelin 20-də 54 minə yaxın IX sinif...
BANM ilə İspaniya universitetləri...
Azərbaycan dili üzrə sertifikasiya...
Agentlik: Ümumi və məktəbəqədər təhsil...