Sabah bəzi yerlərdə leysan, yüksək dağlıq ərazilərdə isə qar yağacaq
Azərbaycanda aprelin 9-na gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında mülayimləşəcək. Havanın temperaturunun gecə 10-14°, gündüz 15-18° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 762 millimetr civə sütunundan 757 millimetr civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75, gündüz 55-60 faiz təşkil edəcək.
Azərbaycanın bəzi şimal və qərb rayonlarından başlayaraq fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi proqnozlaşdırılır. Gecə və səhər arabir duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 10-15°, gündüz 17-22° isti, dağlarda gecə 2-7°, gündüz 7-12° isti olacağı bildirilir.
İsmayıllıda zəlzələ qeydə alınıb...
Leysan xarakterli intensiv və güclü...
FHN: Sabunçuda tuneldən suyun çəkilməsi...
ADY gücləndirilmiş iş rejimində...
DİN: Yola çıxarkən ehtiyatlı olun, yol...